...

COP for Hope: Bütün tərəfdaşlar birləşsin və iqlim dəyişikliyinə qarşı problemi birlikdə həll edək - Zambiya rəsmisi

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 10:54 (UTC +04:00)
COP for Hope: Bütün tərəfdaşlar birləşsin və iqlim dəyişikliyinə qarşı problemi birlikdə həll edək - Zambiya rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Zambiyanın Yaşıl İqtisadiyyat və Ətraf Mühit Nazirliyinin daimi katibi Doti Çimbambadır.

O, Trend-ə açıqlamasında bildirib ki, bütün tərəfdaşlar birləşsin və iqlim dəyişikliyinə qarşı problem birlikdə həll edilsin.

O, Bakının çox gözəl bir şəhər olduğunu, burada əhəmiyyətli nəticələrin əldə olunacağına ümid etdiyini bildirib:

"Bakı yaxşı yerdir. Düşünürəm ki, ev sahibliyinə hazırlıq işlərini çox yaxşı görmüsünüz. Ümidlərimiz böyükdür. Bizim istədiyimiz əsas məsələlərdən biri maliyyələşdirmə üzrə qlobal güc üzərində razılığa gəlməkdir. Hələ ki, danışıqlar gedir. Yekunda nə olacağını demək çətindir".

"Əsas mesajım odur ki, bütün tərəfdaşlar birləşsin və iqlim dəyişikliyinə qarşı problemi birlikdə həll edək. Gəlin, qlobal məqsəd və maliyyə məsələlərində razılaşaq. Bakıdan əlçatmaz bir nəticə ilə ayrılmaq olduqca yaxşı olardı", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti