...

Syerra-Leonenin ekologiya naziri COP29-un iddialı nəticələr verəcəyinə ümid edir

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 17:35 (UTC +04:00)
Syerra-Leonenin ekologiya naziri COP29-un iddialı nəticələr verəcəyinə ümid edir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Syerra-Leone COP29-un qlobal həmrəylik əsasında iddialı nəticələr təmin edəcəyinə əmin olaraq qalır.

Trend xəbər verir ki, bu barədə Syerra-Leonenin ekologiya və iqlim dəyişikliyi naziri Civoh Emanuel Abdullay COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Biz buraya elə bir kritik məqamda toplaşmışıq ki, iqlim tədbirlərinə olan ümumi sadiqliyimiz əvvəlkindən daha güclü və qərarlı olmalıdır. Sierra-Leone, digər inkişaf etməkdə olan ölkələr kimi, iqlim dəyişiklikləri ilə bağlı artan dəyişkənlik, biomüxtəlifliyin itirilməsi və iqtisadi həssaslıq kimi ciddi təhdidlərlə üzləşməyə davam edir", — deyə nazir bildirib.

Nazir vurğulayıb ki, Syerra-Leone artıq iqlim təşəbbüslərini irəli aparmaq üçün əhəmiyyətli addımlar atıb. Bunlara yeni siyasətlərin hazırlanması, yerli təşəbbüslərin həyata keçirilməsi və strateji tərəfdaşlıqların qurulması daxildir. Ölkənin yenilənmiş milli səviyyədə müəyyən edilmiş töhfələri (NDC) istixana qazı emissiyalarının azaldılması və iqlimə davamlılığın gücləndirilməsi üzrə iddialı hədəfləri əhatə edir.

"Bizim səylərimiz insanları qorumağa, ekosistemləri qoruyub saxlamağa və davamlı inkişafa töhfə verməyə yönəlib", — deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti