Bakı. Trend:
Bakı Təşəbbüs Qrupuna minnətdaram ki, müəyyən platformalarda bizə öz səsimizi eşitdirmək imkanı yaratdı.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Cibutinin “Paix & Lait” təşkilatının sosial inkişaf üzrə mütəxəssisi Abdoulsamad Said Arreh mətbuat konfransında deyib.
O, ölkəsinin mövcud problemləri haqqında danışıb.
“Öncə öz ölkəm haqqında məlumat vermək istərdim. Cibuti Şərqi Afrikada yerləşən çox kiçik, lakin strateji baxımdan əhəmiyyətli ölkədir. Cibutiyə bir neçə ölkənin maraqları mövcuddur. Neokolonializmin yaratdığı problemləri dünyaya çatdırmalıyıq və BTQ bu sahədə uğurlu platforma ola bilər”.