...

Maliyyə nazirindən mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət

İqtisadiyyat Materials 20 Noyabr 2024 13:28 (UTC +04:00)
Maliyyə nazirindən mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə naziri Samir Şərifov mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib.

Trend-in məlumatına görə, Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılması məsələsinə baxılsın.

"Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaq", - deyə S.Şərifov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti