...

Mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar tətbiq ediləcək

Cəmiyyət Materials 20 Noyabr 2024 11:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O qeyd edib ki, yeni yanaşmalar özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişiklikdir.

“Ölkəmizin beynəlxalq reytinqlərdə vəziyyətinin yaxşılaşdırılması üçün də dəyişikliklər nəzərdə tutulub. Ölkəmizdə qanunvericilik sahəsində gözləntilər mövcuddur. Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti