Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər
Səttarova və QS Beynəlxalq Reytinq Agentliyinin baş
vitse-prezidenti Ben Sovterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş
keçirilib.
Trend
xəbər verir ki, bu barədə UNEC məlumat yayıb.
Bildirilib ki, rektor Ədalət Muradov görüşdə UNEC-in beynəlxalq
reytinqlərdə mövqeyinin yüksəldilməsinin universitetin əsas
strateji hədəflərindən biri olduğunu diqqətə çatdıraraq, bu
istiqamətdə həyata keçirilən yeniliklərdən və əldə olunan
uğurlardan söz açıb.
QS Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterin
universitetlərin mövqelərinin reytinqində yüksəlməsi istiqamətində
diqqət edilməli olan məqamlar və əsas meyarlar barədə məlumat
verib. Reytinqdə, əsasən, akademik nüfuzun, işəgötürənlərin
reputasiyasının, beynəlxalq əməkdaşlığın, elmi fəaliyyətin və s.
faktorların yer aldığını diqqətə çatdırıb.
Sonra QS reytinqinin əsas meyarları və metodologiyaları ilə
bağlı müzakirələr aparılıb. Universitetlər haqqında məlumatların və
hesabatların əlçatan olmasının vacibliyi vurğulanıb.
Müzakirələrdən sonra rektor Ədalət Muradov və baş
vitse-prezident Ben Sovterin arasında UNEC-in Future17 Dayanıqlı
İnkişaf Məqsədləri (SDG) proqramına qoşulmasına dair müqavilə
imzalanıb.
QS nümayəndə heyəti UNEC-in Bloomberq Maliyyə Laboratoriyası,
imtahan və oxu zalları, Ekstern Mərkəzi ilə də tanış olub.
https://unec.edu.az/