...

Ərzaq təhlükəsizliyi əsas prioritetdir - Məcnun Məmmədov

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 18:09 (UTC +04:00)
Ərzaq təhlükəsizliyi əsas prioritetdir - Məcnun Məmmədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə vermək üçün beynəlxalq iştirakını genişləndirməyi hədəfləyir.

Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "İqlim gündəliyi və dayanıqlı inkişaf kontekstində Rusiyanın qlobal ərzaq təhlükəsizliyinə töhfəsi" mövzusunda panel müzakirəsi zamanı bildirib.

"Ərzaq təhlükəsizliyi ölkənin inkişafı üçün əsas prioritetdir və regional əməkdaşlıq bu problemin həllində ən mühüm amillərdən biridir. Azərbaycan beynəlxalq əməkdaşlığı möhkəmləndirmək və topladığı təcrübəni bölüşmək məqsədilə gələcəkdə qlobal ərzaq təhlükəsizliyinə töhfə vermək üçün öz beynəlxalq iştirakını genişləndirməyi hədəfləyir.

COP29 konfransı çərçivəsində nəzərdə tutulan tədbirlər kənd təsərrüfatı və ərzaq sistemlərinin iqlim fəaliyyətlərinə inteqrasiyasını, uyğun siyasətlərin hazırlanmasını, innovasiyaların təşviqini, kənd təsərrüfatının məhsuldarlığının artırılmasını, iqlimə dayanıqlı metodların tətbiqini, ətraf mühitə mənfi təsirlərin azaldılmasını və ərzaq təhlükəsizliyinin təmin edilməsini əhatə edir.

Bu tədbirlər kənd təsərrüfatı sektorunun effektivliyinin artırılmasına dəstək olacaq", - deyə Məcnun Məmmədov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti