...

COP29-un Bakıda keçirilməsi tarixi addımdır - UNWTO

İqtisadiyyat Materials 20 Noyabr 2024 11:16 (UTC +04:00)
COP29-un Bakıda keçirilməsi tarixi addımdır - UNWTO
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

COP29-un Bakıda keçirilməsi tarixi addımdır.

Trend xəbər verir ki, verir ki, bunu Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili COP29 çərçivəsində təşkil olunmuş Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə nazirlərin birinci görüşündə bildirib.

O, Azərbaycanı və dünyanı bu mühüm tədbirin Bakıda təşkil olunması münasibətilə təbrik edib.

"COP tarixində ilk dəfə olaraq turizmlə bağlı məsələlər gündəmə daxil edilib və bu, sektor üçün böyük əhəmiyyət daşıyır. 29 il ərzində heç vaxt turizmdən danışılmayıb. Bu, ilk dəfədir və buna görə bu gün turizm sənayesi üçün tarixi gündür. Bu hadisənin Azərbaycanda baş verməsindən çox məmnunam, çünki bu, böyük və vacib bir ənənənin başlanğıcıdır.

Turizm sülhün təmin olunmasında mühüm rola malikdir. Eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühit problemləri, o cümlədən ərzaq tullantıları kimi məsələlər də turizmə təsir edir və bu sahədə yeni çağırışlar yaradır",- deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti