...

Azərbaycan “UN Tourism” ilə sıx əməkdaşlığı davam etdirməyi planlaşdırır

İqtisadiyyat Materials 20 Noyabr 2024 15:07 (UTC +04:00)
Azərbaycan “UN Tourism” ilə sıx əməkdaşlığı davam etdirməyi planlaşdırır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan “UN Tourism” ilə sıx əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Bu barədə Trend-in sualına cavab olaraq Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

"Biz “UN Tourism” ilə sazişin imzalanması istiqamətində sıx əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Sazişin dəstəklənməsi və icrası “UN Tourism” və digər maraqlı tərəflərlə daimi səylər və koordinasiya tələb edir.

Məhz bu səbəbdən biz “UN Tourism” komitəsi ilə əməkdaşlıq edirik, fəaliyyətlərimizi inteqrasiya etmək və yeni iştirakçıların cəlb olunmasını təmin etmək üçün razılaşdırırıq, onlara milli proseslər hazırlamaqda və milli əməkdaşlıq proqramlarında iştiraklarını təmin etməkdə kömək edirik", - deyə o, COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

K.Qasımov əlavə edib ki, ev sahibi ölkə kimi Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə və turizm siyasətinin inkişafına sadiqdir.

"Biz başa düşürük ki, turizmin iqtisadiyyatımızın şaxələndirilməsində əhəmiyyətli rolu olsa da, o, həmçinin, ətraf mühitə təsirin azaldılması üçün məsuliyyət daşıyır. Turizm sektoruna iqlim tədbirlərinin inteqrasiyasına müsbət yanaşma tətbiq edərək və onların əməkdaşlıq və inkişaf proqramlarına daxil edilməsini dəstəkləyərək, biz karbon neytrallığı məqsədlərinə çatmağa kömək edəcək bir turizm sektoru yaratmağa çalışırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti