...

Urbanizasiya və iqlim dəyişikliyi üzrə nazirlərin üçüncü görüşünün işi başa çatıb

Cəmiyyət Materials 20 Noyabr 2024 15:17 (UTC +04:00)
Urbanizasiya və iqlim dəyişikliyi üzrə nazirlərin üçüncü görüşünün işi başa çatıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz urbanizasiya və iqlim dəyişikliyi üzrə nazirlərin üçüncü görüşünün işini yekunlaşdırdıq.

Trend xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu, inkişaf və şəhər gündəliyi ətrafında açıq və konstruktiv müzakirələrdə iştirak etmək üçün əla fürsətdir.

“Ən böyük məqsəd şəhər gündəminin iqlim gündəminə uyğun olmasına əmin olmaq idi. Nazirlərin bu görüşü xüsusi olaraq bu yanaşmanı dəstəkləyir. COP29-da bütün maraqlı tərəfləri bir araya gətirməklə, Azərbaycan çoxsəviyyəli və çoxsektorlu maraqlı tərəflərin iqlim problemlərini həll etmək və şəhər məkanlarını davamlı ekosistemlərə çevirmək üçün birlikdə hərəkət etdiyi gələcəyə baxışını nümayiş etdirir.

Biz bugünkü müzakirənin əsasını qoyan mühüm təşəbbüsləri də tanımalıyıq”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti