...

Növbəti ildə 20 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub - Nazir

Cəmiyyət Materials 20 Noyabr 2024 14:51 (UTC +04:00)
Növbəti ildə 20 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti ildə 20 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

"2025-ci ildə 20 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub", - o bildirib.

Nazir qeyd edib ki, 2022-2024-cü illərdə 65 minə yaxın müəllim sertifikalaşdırmaya cəlb edilib:

"Əsas istiqamətlərdən biri olaraq sertifikatlaşdırma prosesində strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2020-2024-cü illərdə 65000 nəfərə yaxın müəllim sertifikatlaşmaya cəlb edilmişdir".

Nazir vurğulayıb ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55000 nəfər olmaqla 38000 nəfərdən çox müəllimin əmək haqqına 10 faiz, 17000 nəfərdən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib.

"Nəticədə əmək haqqına 10 faiz əlavə tətbiq olunmuş, müəllimlər üzrə orta aylıq əmək haqqı 910 manat, əmək haqqına 35 faiz, əlavə tətbiq olunmuş, müəllimlər üzrə isə orta aylıq əmək haqqı 1295 manat təşkil edib. Növbəti ildə əlavə 20 mindən çox müəllimi prosesə cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əlavə 60, 8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əmək haqqı əlavələri üçün 154, 4 milyon manat vəsait proqnozlaşdırılıb",- o əlavə edib.

Xəbər lenti

Xəbər lenti