...

Şəhərlər də iqlim dəyişikliyinin təsirlərinin qurbanıdır - İnger Anderson

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 10:07 (UTC +04:00)
Şəhərlər də iqlim dəyişikliyinin təsirlərinin qurbanıdır - İnger Anderson
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şəhərlər də iqlim dəyişikliyinin təsirlərinin qurbanıdır.

Trend xəbər verir ki, bu barədə BMT ətraf mühit proqramının (UNEP) icraçı direktoru İnger Anderson “COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi” zamanı çıxışında deyib.

O qeyd edib ki, şəhərlərin görəcəyi uyğunlaşma tədbirləri rayonlaşdırma, planlaşdırma, tikinti standartları və s. müzakirə edilməlidir.

“Təbiətə əsaslanan həlləri nəzərdən keçirin ki, şəhərlərinizdə ətraf mühitin qorunması sadəcə ağac əkmək və parklar salmaqdan ibarət olmasın. Şəhərlərdə işləyərkən, siz həm də ekoloji problemlərin bölünməzliyinə nəzər salmalısınız.

İqlim və uyğunlaşma biomüxtəlifliyin müsbət həlli töhfə verilə bilər. Resurslar və tullantıların idarə edilməsi üzərində işləyərək, plastik və metanın azaldılmasına təsir edə bilərsiniz. Ətraf mühit sektorunda hər şey bir-birilə bağlıdır”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti