...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 20 Noyabr 2024 10:01 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,04 % azalaraq 74,4 ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,31 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti