Bakı. Trend:
Noyabrın 25-dən bir sıra marşrutların fəaliyyəti bərpa edilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, daha 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir.
Belə ki, qeyd edilən tarixdən 1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobusların hərəkət sxemləri bərpa ediləcək.