Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 592 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda sözügedən avtomobillərin dəyəri 104 milyon 237 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bunlar miqdar baxımından 167 ədəd (6,9%), dəyər baxımından isə 5 milyon 938 min ABŞ dolları (6,04%) çoxdur.
Qeyd edək ki, bundan əlavə, hesabat dövründə Azərbaycana 314 milyon 456 min ABŞ dolları dəyərində 12 529 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Həmçinin sözügedən dövr ərzində ölkəyə 205 milyon 693 min ABŞ dolları dəyərində 6 457 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.