...

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo azalıb

İqtisadiyyat Materials 21 Noyabr 2024 11:11 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard 378.68 milyon ABŞ dolları təşkil edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır.

Son bir ildə ölkə üzrə ixrac 22.5% azalaraq 22 milyard 742.3 milyon ABŞ dolları, idxal isə 17.4% artaraq 16 milyard 636.4 milyon ABŞ dolları olub.

Ölkənin xarici ticarət dövriyyəsində 6 mlrd. 105.9 milyon dollarlıq müsbət saldo yaranıb. Lakin bu, ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti