...

Azərbaycanın neft məhsullarının ixracının dəyər və həcmi azalıb

Energetika Materials 21 Noyabr 2024 12:13 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 309 018,55 min ABŞ dolları dəyərində 495 484,05 ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları, tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faizi və ya daha çox olan məhsullar ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40,3%, həcmi isə 40,7% azalıb.

Məlumat üçün qeyd edək ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti