Bakı. Trend:
Cari ilin 10 ayında Azərbaycan 21 milyard 338 milyon 832,9 min kubmetr həcmində təbii qaz ixrac edib.
Trend-in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 848 milyon 514,92 min ABŞ dollarına bərabər olub.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6,9%, dəyərə görə isə 44,2% azdır.
Hesab dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,11% olub.