...

ABŞ su məsələri üzrə Bakı Dialoqunda iştirakını səbirsizliklə gözləyir - Lora Deniel-Devis

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 14:05 (UTC +04:00)
ABŞ su məsələri üzrə Bakı Dialoqunda iştirakını səbirsizliklə gözləyir - Lora Deniel-Devis
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ su məsələri üzrə Bakı Dialoqunda iştirakını səbirsizliklə gözləyir.

Trend xəbər verir ki, bu barədə bunu ABŞ Daxili İşlər Nazirliyinin katib müavini vəzifəsini icra edən Lora Deniel-Devis COP29 çərçivəsində keçirilən "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

Onun sözlərinə görə, su məsələri üzrə Bakı Dialoqu ölkələrə su problemlərinin həlli üçün qərarların koordinasiyasını davam etdirməkdə kömək edən əhəmiyyətli bir irəliləyişdir. Bununla yanaşı, bu dialoq texniki həllərin axtarışı üçün platforma təmin etməklə yanaşı, su məsələlərində yüksək səviyyədə aktivliyin qorunması üçün imkanlar yaratmalıdır.

"2026-cı ildə BƏƏ və Seneqalın birgə keçirəcəyi BMT-nin Su Konfransı ərəfəsində su məsələri üzrə Bakı Dialoqu dünyaya bu konfransa daha yaxşı hazırlaşmağa və su problemlərinə effektiv cavab verməyə kömək edən mühüm bir addım ola bilər. ABŞ bu dialoqda iştirakını səbirsizliklə gözləyir və yaxın aylarda və illərdə BMT çərçivəsində və ondan kənarda hökumətlərlə, tərəfdaşlarla, maraqlı tərəflərlə və icmalarla əməkdaşlığı davam etdirərək qlobal su böhranını həll etmək üçün işini davam etdirəcək", – deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti