Bakı.Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistanın
özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal
naziri Abdul Alim Xanla görüşüb.
Trend xəbər verir ki, görüşdə
iki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq
məsələləri müzakirə edilib.
Eyni zamanda Azərbaycan və Pakistanın aviasiya operatorlarının
birgə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.