...

Hərbi xidmətkeçmə haqqında Əsasnamədə dəyişiklik edilib - Qərar

Cəmiyyət Materials 21 Noyabr 2024 10:57 (UTC +04:00)
Hərbi xidmətkeçmə haqqında Əsasnamədə dəyişiklik edilib - Qərar
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 5-ci hissəsinin ikinci cümləsindən “və könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti” sözləri çıxarılsın.

Təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın 1.9-cu bəndinin dördüncü abzasının birinci cümləsindən “könüllü hərbi-vətənpərvərlik texniki-idman cəmiyyətlərinin,” sözləri çıxarılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti