...

ÜMT su məsələləri üzrə Bakı Dialoqunun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa ümid edir

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 12:56 (UTC +04:00)
ÜMT su məsələləri üzrə Bakı Dialoqunun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa ümid edir
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) su məsələləri üzrə Bakı Dialoqunun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa ümid edir.

Trend xəbər verir ki, bu barədə ÜMT-nin Baş katibinin müavini Ko Barrett COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"ÜMT üçün bu təşəbbüsün işə salınmasında iştirak etmək və COP29 sədrliyini Bakı Su Dialoqunun hazırlanmasında dəstəkləmək böyük şərəfdir. Biz onun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa böyük ümid bəsləyirik və bu təşəbbüsün necə sürətlə inkişaf etdiyini görmək təsir edicidir. Onun gələcək inkişafına optimist yanaşırıq. COP29-da burada toplaşaraq suyun – planetimizin "qanının" – Paris Sazişi hədəflərinə çatmaqda, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında, uyğunlaşmada və dayanıqlığın qurulmasında həyati rolunu dərk edirik", – deyə o vurğulayıb.

K.Barrett qeyd edib ki, şirin su ehtiyatları cəmiyyətin artan tələbatı, ətraf mühitin deqradasiyası və iqlim dəyişikliyinin yaratdığı dəyişikliklər səbəbindən getdikcə daha çox təzyiq altındadır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti