...

Bakıda güclü külək nəticəsində 35-ə yaxın ağac və budaq qırılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Fevral 2025 16:50 (UTC +04:00)
Bakıda güclü külək nəticəsində 35-ə yaxın ağac və budaq qırılıb (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin bir sıra hissəsində iri və xırda gövdəli ağacların aşması qeydə alınıb.

Trend məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.

"7 Fevral 2025-ci il tarixində Bakı şəhərində əsən güclü külək nəticəsində 35 ədədə yaxın ağac və budaq qırılması faktı qeydə alınıb. Birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, qırılan ağaclar ərazidən uzaqlaşdırılıb. Hal-hazırdada tərəfimizdən operativ tədbirlər görülməkdədir", - deyə Birlikdən bildirilib.

Qeyd edək ki, iri gövdəli ağaclar ərazidən doğranaraq yığışdırılır.

Ərazidən görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti