...

Deputatdan bələdiyyələrdə yeni ştatın yaradılması ilə bağlı təklif

Cəmiyyət Materials 10 Fevral 2025 11:43 (UTC +04:00)
Deputatdan bələdiyyələrdə yeni ştatın yaradılması ilə bağlı təklif
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsi hesabına hər bir bələdiyyədə bələdiyyə hüququ ilə bağlı hüquqşünas ştatı yaradılmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.

“Vaxtaşırı bələdiyyələrin qəbul etdiyi qərarların ləğv edilməsi, qeyri-qanuni olması ilə bağlı xəbərlər yayılır. Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabatında göstərilir ki, bələdiyyələrin qəbul etdiyi qərarların 2,4 faizi qanunazidd olub. Bu, ilk növbədə ondan irəli gəlir ki, bələdiyyə üzvləri və qulluqçuları bir çox hallarda qanunvericiliklə tanış olmurlar. Düşünürlər ki, qərarları səhv olsa, sadəcə ləğv ediləcək”, - deyə o bildirib.

Millət vəkili bildirib ki, belə bir ştatın yaradılması bələdiyyələrin qeyri-qanuni qərar vermə faizini aşağı salar.

“Bu hüquqşünaslar xüsusi olaraq bələdiyyə hüququ ilə bağlı ixtisaslaşsınlar. Onlar işə götürüldükdən sonra Ədliyyə Nazirliyində bələdiyyə hüququ ilə bağlı xüsusi kurs keçib sertifikat əldə etsinlər. Bələdiyyələrin qəbul etdiyi qərarlara hüquqşünas kimi rəy versinlər. Hüquqşünasın məsuliyyət hissi bələdiyyələrin qeyri-qanuni qərarlar qəbul etməsinin qarşısını xeyli alar. Hüquqşünas məsləhəti bələdiyyələrin öz fəaliyyətini daha düzgün qurmasına, qanuna uyğun hərəkət etməsinə fayda verə bilər”, - deyə Aydın Mirzəzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti