...

Aeroportlarda VİP-dən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib - QƏRAR

Cəmiyyət Materials 24 Fevral 2025 13:06 (UTC +04:00)
Aeroportlarda VİP-dən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib - QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini də bu siyahıya əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti