...

Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2025 11:12 (UTC +04:00)
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Bildirilib ki, Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

“Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti