...

Maşın və insan qavrayışı arasındakı uçurum jurnalistika üçün çağırış və şansdır - "Euronews"un baş direktoru

Cəmiyyət Materials 21 İyul 2025 12:59 (UTC +04:00)
Maşın və insan qavrayışı arasındakı uçurum jurnalistika üçün çağırış və şansdır - "Euronews"un baş direktoru
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Şuşa. Trend:

Maşın və insan qavrayışı arasındakı uçurum jurnalistika üçün həm bir çağırış, həm də bir fürsətdir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu “Euronews”un baş direktoru Klaus Ştrunz III Şuşa Qlobal Media Forumunda etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, uzun illər ərzində postsovet məkanında, o cümlədən, Cənubi Qafqazda münaqişələrin işıqlandırılması Qərb prizmasından aparılıb.

“Maşın bütün bu hesabatları bilir və yalnız bir tərəfi əks etdirir. Biz, jurnalistlər, bu mexanizmi anlamağa borcluyuq – bizim əsas vəzifəmiz məhz bundadır: boşluqları doldurmaq və daha tam mənzərəni təqdim etmək”, – deyə o vurğulayıb.

Ştrunz əlavə edib ki, texnologiyalar və alqoritmlərin sürətli inkişafı fonunda media məkanında əsas amil hələ də insan olaraq qalmaqdadır.

“Məlumat yalnız o halda etibarlı olur ki, arxasında insan – üzü, adı və məsuliyyəti olan jurnalist dursun. Məhz bu faktor qarşıdakı 5, 10, 15 ildə rəqabət qabiliyyətini və auditoriyanın etimadını müəyyən edəcək”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti