...

Süni İntellekt tərəfindən yaradılmış məzmun KİV-də redaktəsiz dərc olunur - UniSC universitetinin tədqiqatçısı

Cəmiyyət Materials 21 İyul 2025 15:51 (UTC +04:00)
Süni İntellekt tərəfindən yaradılmış məzmun KİV-də redaktəsiz dərc olunur - UniSC universitetinin tədqiqatçısı
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Şuşa. Trend:

Mən strateji kommunikasiyalarda süni intellekt texnologiyalarından məsuliyyətsiz istifadə hallarından çox narahatam.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu UniSC universitetinin biznes və kreativ sənayelər məktəbinin ictimaiyətlə əlaqələr, sosial media üzrə baş müaəllimi, tədqiqatçı Karen Saterlend III Şuşa Qlobal Media Forumunda deyib.

Onun sözlərinə görə, Avstraliya, ABŞ və Böyük Britaniyada strateji kommunikasiyalar üzrə mütəxəssislər arasında keçirilmiş araşdırmanın nəticələri ciddi narahatlıq doğurur.

“Respondentlərin 40 faizi süni intellekt tərəfindən yaradılmış kontentdəki faktların doğruluğunu yoxlamağın elə də vacib olmadığını və ya ümumiyyətlə vacib olmadığını hesab edir, 49 faiz isə faktiki olaraq belə materialları ümumiyyətlə redaktə etmirlər”, - deyə Saterlend vurğulayıb.

O həmçinin vurğulayıb ki, bu cür yanaşma nəticəsində bir çox təşkilatlar süni intellekt tərəfindən yaradılmış mətnləri olduğu kimi kopyalayıb yapışdırır və onları lazımi şəkildə yoxlamadan KİV-ə göndərirlər, bu isə həm şirkətlərin, həm də medianın etibarlılığı və nüfuzuna təhlükə yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti