Bişkek. Trend:
Azərbaycan Bişkekdə müasir uşaq xəstəxanasının tikintisini maliyyələşdirmək niyyətindədir.
Trend xəbər verir ki, bunu Qırğızıstanın prezident administrasiyasının rəhbəri Kanıbek Tumanbayev Ana və uşaqların qorunması milli mərkəzinə baş çəkən zaman jurnalistlərə verdiyi açıqlamada deyib.
Əvvəl obyektin İssık-Gül vilayətində inşası planlaşdırılırdısa, Prezident Sadır Japarovun Azərbaycana etdiyi səfərdən sonra layihənin paytaxtda gerçəkləşdirilməsi qərara alınıb.
“Artıq hazırlıq işlərinə başlanılıb”, - deyə Tumanbayev bildirib.
Onun sözlərinə görə, yeni tibb müəssisəsi son texnologiyalarla təchiz olunacaq və tam şəkildə müasir standartlara cavab verəcək.