Bakı. Trend:
Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ildən bu vəzifəni icra edirdi.
