Bakı.Trend:
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, növbəti belə yer Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
