...

SƏRBƏST GÜLƏŞ ÜZRƏ İDMANÇILARIMIZ GƏNCLƏR ARASINDA KEÇİRİLƏN AVROPA BİRİNCİLİYİNDƏ 3 MEDAL QAZANIBLAR

Cəmiyyət Materials 4 Avqust 2005 13:21 (UTC +04:00)

Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığması Vrotslavada keçirilən Avropa birinciliyində 3 mükafat qazanıb. Trend in məlumatına görə, komandada 74 kq çəki dərəcəsində Elnur Əliyev daha uğurla çıxış edərək finala doğru yolda bütün maneələləri aradan qaldırıb.

Xaqani Süleymanov (66 kq) və Cəlal Süleymanov (55 kq) da yoldaşlarının bu uğurunu davam etdirərək Azərbaycanda güləşin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiq ediblər. Keçən il keçirilmiş belə yarışda komandamız yalnız 1 medal qazanmışdı, buna görə də güləşçilərimizin Polşadakı bu çıxışlarını həqiqətən də güləşin inkişafında irəliləyiş hesab etmək olar.

Güləşçilər arasında qitə birinciliyi başa çatan kimi yunan-roma idman növü üzrə atletlər medal uğrunda mübarizəyə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti