...

AZƏRBAYCANIN GENETİK EHTİYATLARI TƏHLÜKƏDƏDƏİR

Cəmiyyət Materials 15 Avqust 2005 17:45 (UTC +04:00)

Azərbaycanın genetik resursları təhlükədədəir və bunun aradan qaldırılması üçün əhalini geniş şəkildə məlumatlandırmaq lazımdır. Trend in məlumatına görə, bu barədə ötən bazar günü Bakıda keçirilmiş "Azərbaycanın bioloji təhlükəsizliyi barədə" qanun layüihəsinin müzakirəsində ictimaiyyətin iştirakı" mövzusunda iki günlük praktiki seminar forumda bildirilib. Forumda Rusiya, Bolqarıstan, Gürcüstan, Ukrayna, Qırğızıstan və respublikanın regionlarından olan ekspertlər iştirak edib.

Seminarda qeyd olunub ki, kasıvb və yoxsul insanların çoxalmasından istifadə edən transmilli şirkətlər bütün dünyaya insan sağlamlığı və Yer üzündə təbiətin saxlanması üçün təhlükə törədən geni gəyişdirilmiş ərzaqların texnoligiyalarını yayırlar.

Bu gün hazırlanan unun, qarğıdalının, buğdanın, noxudun və o cümlədən öblkəyə humanitar yardım kimi daxil olan məhsulların əksəriyyəti geni dəyişdirilmiş bitkilərdən hazırlanıb. Tədbirin iştirakçıları qeyd ediblər ki, geni dəyişdirilmiş ağaclar, pambıq məhsulları və sairələrə artıq bu öün Bakıda da rast gəlmək olar.

Qeyd edək ki, Ekologiya Nazirliyində artıq bir neçə aydır ki, Azərbaycan bazarının GD-məhsullara münasibətini və digər ölkələrin təcrübəsindən istifadə edərək bu məsələnin həlli yollarını öyrənir.

Bu gün ölkədə bu məhsulların miqdarına nəzarət edən mexanizm mövcud deyil. Azərbaycanda 18 qanun bu və ya digər dərəcədə ərzaq təhlükəsizliyinə toxunur.

Lakin onlardan heç biri GD-orqanizmlərdən təhlükəsizliyi təmin etmir. Buna görə də, Ekologiya və təbii ehtiyatlar Nazirliyinin nümayəndəsi Vaqif Cavadovun qeyd etdiyi kimi,əhalinin GDM-dan mühafizə ilə bağlı ayrıca qanunun qəbul edilməsinə ehtiyac var

Seminar Azərbaycanın ekoloji standartlar monitorinq Fondunun, Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) "Şərq-Hərq" proqramı çərçivəsində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti