Azərbaycanın sərbəst güləş üzrə yığması İranda başa çatan Pirvənd qardaşları memorialında beş medal qazanıb.
Milli Federasiydan Trend ə verilən məlumata görə, ən yüksək nəticəni çəki dərəcələrinə görə finala çıxan Daşqın İsgəndərov (50 kq), Ceyhun Əliyev (55 kq) və Xaqan Süleymanov (74 kq) nümayiş etdirib. Faiq İsgəndərov (55 kq) və i Baxşəli Əhmədovun (84 kq) birinci üçlüyə daxil olması sayəsində komanda Rusiya və İranı irəli buraxaraq ümumkomanda hesabı ilə üçüncü yeri tutub.
Memorialda vətənə iki medalla qayıdan yunan-Roma güləşi üzrə Azərbaycan ustaları da çıxış ediblər. Altı ölkədən olan rəqiblərlə yarışda gümüş mükafatı Zakir Abdullayev (60 kq) və Elvin Abdullayev (74 kq) əldə ediblər.