...

Azərbaycan ombudsmanı Asiya Ombudsmanları Assosiasiyasının IX konfransında iştirak edəcək

Cəmiyyət Materials 22 Noyabr 2005 17:14 (UTC +04:00)

Azərbaycanın ombudsmanı Elmira Süleymanova 28 noyabr - 1 dekabrda Honq-Konqda keçiriləcək Asiya Ombudsmanları Assosiasiyasının IX konfransına dəvət olunub. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından xəbər verilib.

Konfrans iştirakçıları insan hüquqlarının müdafiəsi sahəsində təcrübə və fikir mübadiləsi aparacaq. Konfrans çərçivəsində müxtəlif mövzularda sessiyalar keçiriləcək.

E.Süleymanova "Parlament ombudsmanları və ixtisaslaşdırılmış ombudsmanlar: yeni münasibətlər və əməkdaşlıq" mövzusunda məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti