...

Tomislav Mişura "Neftçi"yə qayıdıb

Cəmiyyət Materials 11 Mart 2006 12:12 (UTC +04:00)

Yanvarda keçirilmiş Birlik Kuboku zamanı "Neftçi"ni müvəqqəti tərk etmiş klubun forvardı Tomislav Mişura Bakıya qayıdıb.

Trend in xəbər verdiyi kimi, sloveniyalı hücumçuya xarici klublardan bir sıra təkliflər edilib, ancaq onun "Neftçi" ilə bağladığı müqavilə öhdəlikləri bitməyib. T.Mişuranın gələcəkdə klubda çıxışı ilə bağlı məsələ isə yaxın vaxtlarda həll olunacaq. Çox ehtimal ki, futbolçu ilə bağlı bütün məsələlərə gələn həftənin əvvəlində aydınlıq gətiriləcək. Çünki "Neftçi" istirahət günləri ölkə birinciliyinin növbəti turunda "MOİK"lə qarşılaşmalıdır.

Xatırladaq ki, "Neftçi"də çıxış edərkən T.Mişura klubun ən yaxşı hücumçularından biri olub.

Xəbər lenti

Xəbər lenti