...

Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıqla bağlı növbəti danışıqlara hazırlıq gedir

Cəmiyyət Materials 30 Mart 2006 18:19 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq məsələləri ilə bağlı növbəti danışıqlara hazırlıq gedir. Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, danışıqların aprelin birinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur.

Danışıqlar Azərbaycanda Rusiya İli çərçivəsində aparılacaq. Məsləhətləşmələr zamanı tərəflərin əməkdaşlığın inkişafı, informasiya mübadiləsi, diplomların qarşılıqlı tanınması, həmçinin, Azərbaycanda Rusiyanın ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Azərbaycanın Təhsil Nazirliyi artıq öz təklif və tövsiyələrini Rusiyanın Təhsil və Elm Nazirliyinə təqdim edib. Nazirlikdən o da qeyd olunub ki, Rusiyanın təhsil və elm naziri Andrey Fursenkonun dəfələrlə təxirə salınmış rəsmi səfəri bu məsləhətləşmələr zamanı baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti