...

Nuşirəvan Məhərrəmli: "May ayında "Lider" və ANS kanallarının lisenziya məsələsinə baxılacaq

Cəmiyyət Materials 4 Aprel 2006 12:41 (UTC +04:00)

Mart ayında Azərbaycanın bölgə kanallarından "Xəyal" (Quba) və "Alternativ" (Gəncə) TV-lərə lisenziya verilib. Bu barədə Trend ə Milli Televiziya və Radio Yayımı Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O bildirib ki, hələki lisenziya müddəti uzadılmayan kanallardan "Lənkəran", "Xaçmaz" və "Aygün" TV-lər qalıb. N.Məhərrəmlinin sözlərinə görə, onların lisenziya məsələsinə yaxın günlərdə baxılacaq. "Lənkəran", "Xaçmaz" və "Aygün" telekanallarının sənədləşmə işlərində bəzi problemlər, mübahisəli məqamlar var. Məsələn, "Xaçmaz-TV" dövlət yayımçısıdır və dövlət büdcəsindən maliyyələşir: "Biz bu məsələlərin araşdırılmasını başa çatdırandan sonra Bakıda fəaliyyət göstərən "Evropa-plyus" radiosunun sənədlərindəki çatışmazlıqları araşdıracağıq. Həmçinin may ayında "Lider" və ANS kanallarının məsələsinə baxılacaq. Kanallara lisenziya verilməsi məsələsi həllini tapdıqdan sonra yeni telekanalların açılıb-açılmaması müzakirəyə çıxarılacaq".

N.Məhərrəmli əlavə edib ki, yeni telekanal və radio dalğalarına tender elan olunması hələ ki, gündəmdə deyil.

Xəbər lenti

Xəbər lenti