...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə qəbul itmahanlarının ikinci turu başlayıb

Cəmiyyət Materials 25 May 2006 13:06 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəlmək istəyən 682 nəfərin 82-si tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının ikinci turunda iştirak edir. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

Bu şəxslər Bakı və Naxçıvanda keçirilən imtahanların 1-ci turundan uğurla keçib. 1-ci mərhələdə namizədlər test imtahanı verib. Bu mərhələdə isə onlar müsahibədən keçir. 1-ci turda maksimum bal 80 bal olub. Müsahibənin nəticələri isə 20 bal qiymətləndirilir.

İkinci turun nəticələri iyunun 5-dək açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti