...

FILA baş katibi Bakıda "Qran-Pri"nin qızıl seriyasına hazırlığın gedişindən razıdır

Cəmiyyət Materials 1 İyun 2006 12:14 (UTC +04:00)

FILA baş katibi Mişel Byusson Bakıda "Qran-Pri"nin qızıl seriyasının finalına hazırlığın gedişindən razı qalıb. Bu barədə Trend ə Milli Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov Beynəlxalq Federasiyadan həmkarlarının Bakıya səfərini şərh edərkən bildirib.

C.Qurbanovun sözlərinə görə, tərəflər yığmaların nümayəndə heyətlərinin yerləşdirilməsi, onlara məşq zallarının verilməsi imkanları, vizaların vaxtında rəsmiləşdirilməsi və digər məsələləri müzakirə edib.

""Qızıl seriya"nın finalı bizim üçün gələn il Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində son məşq olacaq. Buna görə də biz yarışa xüsusi diqqətlə hazırlaşırıq. Elə M.Byusson da diqqətini buna yönəltmişdi", - deyə C.Qurbanov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti