...

"RUH" Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı monitorinqin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 2 İyun 2006 15:28 (UTC +04:00)

May ayında Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı durum ürəkaçan olmayıb. Trend in məlumatına görə, bu fikir "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin may ayı ərzində Azərbaycanda söz və mətbuat azadlığının monitorinqə dair hazırladığı hesabatındandır.

Qurumun hesabatına görə, may ayı ərzində ümumən jurnalistlər daha çox ilk mənbədən informasiya alınmasında problemlərlə üzləşib. May ayı jurnalistlərlə bağlı 5məhkəmə prosesi baş tutub. Bunlardan 4-ü məhkəməyə vermə, biri isə jurnalist tərəfindən məhkəməyə müraciət faktıdır. Dörd faktın hər birində məhkəmə predmeti bilavasitə KİI-lərin özləridir.

May ayında məhkəmə prosesi ilə "Yeni Müsavat" qəzeti də üzləşib. Bu nəşrlə əlaqədar məhkəmə müraciətinin müəllifi Yeni Azərbaycan Partiyasının 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli məclis üzvlüyünə vahid namizədi, "Odlar yurdu" Universitetinin rektoru Əhməd Iəliyev olub. Ə.Iəliyev iddia ərizəsində qəzetin təkzib verməsini və 100 min ABŞ dolları məbləğində cərimələnməsini tələb edib. İddiaya səbəb isə "Yeni Müsavat"da gedən və Ümid Partiyasının mətbuat xidməti tərəfindən hazırlanan səhifədə əks olunan fikirlərdir. Qeyd edək ki, bu məsələdə sözügedən partiyanın mətbuat xidmətinin rəhbəri Ənvər Əlizadə təmsil etdiyi qurumun məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib.

May ayında 2 jurnalist saxlanılıb, amma bu saxlamalar heç də onların peşə fəaliyyətləri ilə əlaqədar olmayıb. May ayında heç bir jurnalist azadlıqdan məhrum etmə cəzası ilə üzləşməyib. Ötən ay Azərbaycanda iki kütləvi informasiya vasitəsinin fəaliyyəti dayanıb. Bunlardan biri Zaqataladakı "Aygün TI"-dir. Səbəb kimi texniki problemlər göstərilsə də, telekanal əməkdaşları qurumda hər hansı nasazlığın olmadığını bildiriblər. "Xaçmaz TI"nin isə Milli Televiziya və Radio Şurasının KİI-in lisenziya müddətini uzutmamaq barədə qərarından sonra fəaliyyəti dayandırılıb. Ötən ay jurnalistlərə qarşı təzyiqlə bağlı 2 fakt qeydə alınıb. Birinci halda "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rüstəm Mikayıllı "Neftçi" və "Qarabağ" futbol komandaları arasında Suraxanı şəhər stadionunda keçirilən matç sonrası qalmaqalda xəsarət alıb. Jurnalistə qarşı iki polis əməkdaşı fiziki təzyiq göstərib. Son bir neçə ay ərzində ən irimiqyaslı insident "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin mayın 18-dən 19-a keçən gecə saat 1-2 radələrində naməlum şəxslər tərəfindən zorakılığa məruz qalması faktıdır. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb. Hazırda jurnalist Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında müalicə almaqdadır.

Xəbər lenti

Xəbər lenti