...

Azərbaycanda geoloji terminlərdən ibarət yeni izahlı lüğət nəşr olunub

Cəmiyyət Materials 9 İyun 2006 17:09 (UTC +04:00)

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Alimlər Şurası və Terminologiya Komissiyasının qərarı ilə "Nafta Press" İnstitutunun tipoqrafiyasında "Geoloji terminlərin izahlı lüğəti" nəşr olunub. Trend in Geologiya İnstitutunun məlumatına istinadən xəbər verdiyi kimi, institutun direktoru Akif Əlizadənin təşəbbüsü və redaksiyası ilə hazırlanmış lüğətdə geologiyaya və yaxın elmi sahələrə aid mühüm terminlər və anlayışlar toplanıb. Nəşrdə Azərbaycan dilində terminlərin yer haqqında elmin müasir səviyyəsinə müvafiq tərifləri verilib. Terminlərin sayı 6400-dür.

İzahlı lüğətin yaradılmasında əsas mənbə kimi 1978-ci ildə Moskvada nəşr olunmuş "Geologiya lüğəti", geoloji ədəbiyyat, xarici dillərdə geologiyanın müasir problemlərinə həsr olunmuş vəsaitlər, monoqrafiyalar və dərsliklərdən istifadə olunub.

Xəbər lenti

Xəbər lenti