...

İstanbul polisi Cənubi Azərbaycan Milli Oyanış Hərəkatı liderinin həbs olunmadığını bəyan edir

Cəmiyyət Materials 10 İyun 2006 12:38 (UTC +04:00)

İstanbul polisi Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlının artıq həbsdə olmadığını bəyan edir.

Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu bəyanat İstanbulda M.Çöhrəqanlının saxlanmasının ehtimal olunduğu Zeytinburnu Rayon Polis İdarəsinin Komissarlığı qarşısında aksiya keçirmiş CAMOH üzvləri və onun qohumları üçün səsləndirilib.

Aksiya iştirakçıları dünən Fatih rayonundakı "The Greenanka" mehmanxanasında Türkiyə KİV-nə müsahibə verən zaman İstanbul polisi tərəfindən həbs olunmuş CAMOH liderinin dərhal azad olunmasını tələb edib. Ancaq komissarlıq rəhbərliyi bəyan edib ki, Çöhrəqanlı artıq həbsdə deyil. Buna baxmayaraq bəyanat CAMOH liderinin səhhəti ilə bağlı narahatlıq ifadə edən aksiya iştirakçılarını sakitləşdirməyib.

Bununla yanaşı, Xaricilərlə İş üzrə İstanbul Polis İdarəsinin yaydığı məlumata əsasən, lazımi bürokratik prosedurlardan sonra M.Çöhrəqanlı Türkiyədən çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti