...

"Xəzər" futbol klubu Kamal Quliyevi yığmada saxlayıb

Cəmiyyət Materials 24 İyun 2006 11:39 (UTC +04:00)

"Xəzər" futbol klubu yarımmüdafiəçi Kamal Quliyevi Azərbaycan yığmasının tərkibində saxlamaq niyyətindədir.

Trend agentliyinin məlumatına əsasən, oyunçu ürəyi ilə bağlı problemlərə görə bütün mövsümü İtaliya və Almaniyada müalicə kursu alıb. Lakin hazırda K.Quliyev sağalmaq üzrədir və əsas heyətə daxil olmaq üçün lənkəranlıların tərkibində məşqlərə başlayıb. Özü də, deyilənlərə görə, K.Quliyevin oyunu ilə Ağasəlim Mircavadov də tanışdır. Məhz onun təşəbbüsü ilə futbolçunu transferə çıxarmayıblar.

Qeyd etmək lazımdır ki, hazırda ötən ölkə çempionatında uğursuz çıxış edən komandanın futbolçuları məzuniyyətdən qayıdıb və qarşıdakı mövsümə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti