...

Azərbaycan samboçuları Astanada keçiriləcək dünya Kubokunda Qazaxıstan yığmasının əsas rəqibi olacaq

Cəmiyyət Materials 3 İyul 2006 17:35 (UTC +04:00)

Azərbaycan samboçuları Astanada keçiriləcək dünya Kubokunda Qazaxıstan yığmasının əsas rəqiblərindən biri olacaq. Trend in Astanadakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə iyulun 3-də keçirilmiş mətbuat konfransında jurnalistlərə Qazaxıstanın sambo yığmasının baş məşqçisi Kerey Koyşibek bildirib.

Paytaxt günü çərçivəsində iyulun 5-dən 7-dək Astanada prezident Nursultan Nazarbayev mükafatı uğrunda sambo üzrə dünya Kuboku keçiriləcək. Yarışlarda 10 ölkədən idmançılar iştirak edəcək. Bu, Astanada keçirilən sambo üzrə ikinci iri beynəlxalq turnirdir. Birinci turnir Qazaxıstan paytaxtında 2005-ci ilin noyabrında keçirilib.

"Qazaıxstan yığmasının məşqçi heyəti yarışlara 34 idmançıdan ibarət 2 heyət çıxarır. Bunların 18-i kişi, 16-sı isə qadınlardır", - deyə baş məşqçi Kerey Koyşibek bildirib.

Xəbər lenti

Xəbər lenti