...

BMT ÜƏP –in İcraçı direktoru Azərbaycan höküməti ilə danışıqlar aparır

Cəmiyyət Materials 25 İyul 2006 17:46 (UTC +04:00)

BMT Ümumdünya Ərzaq Proqramının (BMT ÜƏP) İcraçı direktoru Ceyms Morris Azərbaycanda üçgünlük səfərdədir. Bu barədə Trend ə BMT ÜƏP-in Bakı ofisindən bildiriblər.

Təşkilat nümayəndəsinin səfər proqramına Azərbaycanın Qaçqınlar və məcburi köçkünlər üzrə Dövlət komitəsində, respublikanın müxtəlif dövlət strukturlarında görüşlər daxildir. Səfərin yekununa görə C.Morris iyulun 28-də Hyatt Park otelində mətbuat konfransı keçirəcək.

BMT ÜƏP son 12 il ərzində erməni təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycanın qaçqın və məcburi köçkünlərinə ərzaq yardımı göstərən ilk beynəlxalq təşkilatlardan biridir. 2006-cı ilin iyun ayında təsdiq edilmiş yeni iki illik Uzunmüddətli yardım və bərpa əməliyyatına görə ÜƏP Azərbaycanın 11 rayonunda yerləşmiş 130 000 məcburi köçkünə ərzaq yardımı göstərəcək.

Xəbər lenti

Xəbər lenti