...

"Araz" futzal klubu Çempionlar Kubokunun elit raundunun oyunlarını qəbul edə bilər

Cəmiyyət Materials 1 Noyabr 2006 11:49 (UTC +04:00)

"Araz" futzal klubu Bakıda Çempionlar Kubokunun elit raundunun oyunlarını qəbul edə bilər. Bununla bağlı püşkatma mərasimi noyabrın 3-də UEFA-nın Nyondakı qərargah mənzilində keçiriləcək. Trend in xəbər verdiyi kimi, püşkatmadan sonra təkcə qruplar üzrə rəqiblər deyil, həm də oyunların keçirilmə yerləri də müəyyən olunacaq. Azərbaycan artıq bir dəfə Avropa Kubokunun oyunlarını qəbul edib. Xatırladaq ki, o zaman rəqiblərlə "Turan Eyr" klubu qarşılaşmışdı. Ancaq klub imanlarından daha aşağı səviyyədə çıxış etmiş və növbəti raunda çıxmamışdı. "Araz" isə buna nail olan ilk yerli klubdur. Hazırda klub elit raundun 12 ən güclü komandası sırasına daxildir.

Xəbər lenti

Xəbər lenti