...

"Zümrüd" və "Markiz" qızıl mağazalarına basqın edən bandanın başçısı ömürlük həbsə məhkum edilib

Cəmiyyət Materials 7 Dekabr 2006 11:55 (UTC +04:00)

Dekarbın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində Bakı şəhərinin mərkəzində yerləşən "Zümrüd" və "Markiz" qızıl mağazalarına silahlı basqın etmiş mütəşəkkil bandanın başçısına və digər üzvlərinə hökm oxunub. Trend xəbər verir ki, məhkəmə iclasına hakim Abid Abdinbəyov sədrlik edib.

Məhkəmənin hökmü ilə banda başçısı Xosrov Əfəndiyev ömürlük, Nəsimi Əfəndiyev 15 il, Elyar Salahov 10 il, Elçin Hüseynov 15 il, İlqar Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bandanın daha bir neçə üzvü isə həbsli axtarışdadır.

Məhkəmə yolu ilə müəyyən edilib ki, banda üzvləri Nəsir Əfəndiyev və Elbrus Məmmədov Bakı şəhəri Bülbül prospektində yerləşən "Zümrüd" qızıl məmulatları mağazasına basqın edərək avtomat və tapançadan atəş açmaqla satıcı Asif Qasımovu və xidməti vəzifəsini yerinə yetirən Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri Mehman Bunyatovu qətlə yetiriblər. Külli miqdarda qızıl-zinət əşyalarını talayıb hadisə yerindən qaçıblar.

11 mart 2000-ci il tarixdə dəstə üzvləri Xosrov və Nasir Əfəndiyevlər, habelə Elbrus Məmmədov avtomat və tapança ilə silahlanaraq Bakı şəhərinin Nigar Rəfibəylə küçəsində yerləşən "Markiz" qızıl məmulatları mağazasına basqın ediblər. Nəticədə orada xidmətdə olan Səbail rayon Mühafizə İdarəsinin polis nəfəri Sənan Babayev öldürülüb, onun "AKSU" markalı xidməti avtomat silahı və mağazadan külli miqdarda qızıl-zinət əşyaları aparılıb.

Məhkəmə yolu ilə banda üzvlərinin 1997-2004-cü illər ərzində Bakı və Gəncə şəhərlərində ictimai rezonans doğurmuş başqa qətl və quldurluqlarla məşğul olduqları da sübuta yetirilib.

Xəbər lenti

Xəbər lenti