...

Teleradio Şurasının sədri: "Martda Azərbaycanın iki regional telekanalının lisenziya müddəti uzadılacaq"

Cəmiyyət Materials 27 Fevral 2007 16:31 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Martda Azərbaycanın iki regional telekanalının lisenziya müddəti uzadılacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Martda Azərbaycanın iki regional telekanalının lisenziya müddəti uzadılacaq. Bu barədə Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

N.Məhərrəmlinin sözlərinə görə, yalnız iki regional kanala - "Aygün TV" və "Lənkəran TV"yə və yayımlandığı tezliyə müsabiqənin nəticəsindən asılı olaraq ANS-ə lisenziya verilib-verilməməsi məsələsi həll edilməmiş qalıb. Bunlara Teleradio Şurasının martda keçiriləcək iclaslarında baxılacaq, aprelin 20-dək isə ANS barəsində qərar çıxarılmalıdır.

N.Məhərrəmli onu da deyib ki, ölkədə qanunsuz kabel yayımı ilə məşğul olan sahibkarlar var və Teleradio Şurası onların fəaliyyətinin dayandırılmasına çalışır: "Biz qanunsuz kabel yayımı ilə məşğul olanları müəyyənləşdirməliyik, ondan sonra onların barəsində tədbir görülməlidir. Belə hüquqi və fiziki şəxslər barəsində araşdırma aparanda bizə dəqiq məlumatlar vemirlər. Bu işi yalnız hüquq-mühafizə orqanlarının köməyi ilə aparmaq mümkündür", -deyə N.Məhərrəmli bildirib. Əlavə edib ki, Teleradio Şurası 11 sahibkara kabel yayımı üçün razııq verib. Şura həmçinin əhalinin daha geniş təbəqəsinin kabel imkanlarından istifadə etməsi üçün yayımçıların qiymətləri aşağı salmasına çalışır.

Xəbər lenti

Xəbər lenti