...

Naxçıvanda yaşıllaşdırma, təmizlik və abadlıq aylıqlarının keçirilməsi ilə bağlı sərəncam imzalanıb

Cəmiyyət Materials 28 Fevral 2007 11:20 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvanda kütləvi şəkildə yaşıllaşdırma, təmizlik və abadlıq aylıqları keçiriləcək. Trend in Naxçıvan Bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamda 2007-ci ilin yazında mart ayının 1-dən aprelin 15-dək və payızında noyabr ayının 1-dən dekabrın 15-dək Naxçıvan MR-in bütün regionlarında qeyd olunan istiqamətdə tədbirlərin keçirilməsi, bununla bağlı tədbirlər planı hazırlanaraq müvafiq təşkilatlara təqdim edilməsi qeyd olunur. "2007-ci ilin yazında və payızında keçiriləcək yaşıllaşdırma, təmizlik və abadlıq aylığı üçün "Tədbirlər Plan"ının əlaqələndirilməsi isə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Sərəncamın imzalanması "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında ölkə başçısının 28 sentyabr 2006-cı il tarixli müvafiq sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti